Bakı -4˚C Rain

Narkotik saxlamaqda və satmada şübhəli bilinən 3 nəfər saxlanılıb

Hadisə 10:38 07 yan, 2023
Narkotik saxlamaqda və satmada şübhəli bilinən 3 nəfər saxlanılıb

Narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən 3 nəfər saxlanılıb

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə saxlamaqda və satmada şübhəli bilinən Şəmkir rayon sakinləri E.Mustafaoğlu, Ə.Nəbiyev və İ.Hüseynov saxlanılıblar.

Ə.Nəbiyevdən 1 kiloqram 585 qram marixuana, İ.Hüseynovdan 1 kiloqram 320 qram heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.