Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Hadisə
15:31 10 yan, 2022
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da Binəqədi rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Əzizağa Bağırovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Ə.Bağırov barəsində protokol tərtib olunaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.