Bakı 5˚C Partly sunny

Narkotikin təsirində maşın sürən sürücü saxlanıldı

Cəmiyyət 13:11 07 noy, 2022
Narkotikin təsirində maşın sürən sürücü saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Fərid Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə F.Cəfərov 700 manat məbləğində cərimələnməklə iki il müddətinə sürücülük hüququndan məhrum edilib.