NASA: Amerika zondu ilk dəfə Günəşə "toxundu" – İnanılmaz yenilik
Maraqlı
15:39 15 dek, 2021
Bu hadisə "Günəşin öyrənilməsində irəliyə doğru nəhəng bir sıçrayışdır"

Amerikanın "Parker Solar Probe" kosmik gəmisi ilk dəfə Günəşə "toxunub".
Qazet.az xəbər verir ki, bu barədə məlumatı NASA-nın mətbuat xidməti yayıb. Mətbuat xidmətinin məlumatına görə, kosmik gəmi Günəş atmosferinin yuxarı təbəqələrindən keçərək oradan hissəciklər və maqnit sahəsi nümunələri götürüb.
NASA hesabatında qeyd edilir ki, bu hadisə "Günəşin öyrənilməsində irəliyə doğru nəhəng bir sıçrayışdır".
Kosmik agentliyin bildirdiyinə görə, Günəşi təşkil edən materiala toxunmaq alimlərə yaxınlıqdakı ulduzumuz və onun günəş sisteminə təsiri haqqında kritik məlumat verəcək.