Bakı 18˚C Sunny

NASA Ayda su axtaracaq

Maraqlı 11:15 21 sen, 2021

Bu ərazilər Günəş sisteminin ən soyuq bölgələridir

NASA Ayda su axtaracaq

2023-cü ilin sonlarında ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yerin təbii peykinə “Viper” roverini göndərəcək.

Qazet.az xəbər verir ki, “Artemis” proqramı çərçivəsində gerçəkləşəcək missiyanın başlıca məqsədi Ayda su axtarışına çıxmaqdır.

NASA alimlərinin sözlərinə görə, Ayın daim kölgəli olan kraterlərində mayenin izlərini tapmaq ehtimalı mövcuddur. Belə ki, bu ərazilər Günəş sisteminin ən soyuq bölgələrindəndir.

Qeyd edək ki, missiyanın müddəti 100 gün olacaq.