NASA Ayda “Wi-Fi” quraşdıracaq
Gündəm
12:06 18 okt, 2021
Layihənin məqsədi ABŞ-ın internetə çıxışda problemi olan bölgələrini, eləcə də “Artemis” missiyalarını internetlə təmin etməkdir

ABŞ-ın Milli Aerokosmos Agentliyi (NASA) Ayı “Wi-Fi” rabitəsilə təmin etmək üçün fəaliyyətə başlayıb.
Qazet.az xəbər verir ki, qurumdan verilən açıqlamada bildirilirb ki, layihənin məqsədi ABŞ-ın internetə çıxışda problemi olan bölgələrini, eləcə də “Artemis” missiyalarını internetlə təmin etməkdir.
Agentlikdən yayılan məlumata əsasən, hazırda Yerin təbii peykində “Wi-Fi” şəbəkəsinin qurulmasının mümkünlüyü araşdırılır. Yaxın zamanlarda tədqiqatın nəticələri ictimaiyyətə çatdırılacaq.