Çin Ayı özəlləşdirə bilər
ABŞ Kosmik və Aviasiya Administrasiyasının (NASA) rəhbəri Bill Nelson özünə məxsus kosmik stansiya qurmağa hazırlaşan Çin haqqında açıqlamalar verib.
Qazet.az "milliyet.com"a istinadən xəbər verir ki, o, Çinin Ayı öz ərazisi kimi iddia edə biləcəyini və ABŞ astronavtlarının Aya enişini qadağan edə biləcəyini deyib.
"Mən və NASA-nın digər mütəxəssisləri ABŞ adından Çinin Aya çatdıqdan sonra orada nə etməyi planlaşdırdığı ilə bağlı getdikcə daha çox narahat oluruq. Çünki, öz kosmik stansiyasını qurmağa çalışan Çin tezliklə Ayı özünün kosmik stansiyası elan edə bilər.
Bu ölkə Ayın səthində ehtiyatlarla zəngin yerləri saxlamağa çalışır. Fövqəlgüclərin kosmosu bölüşdürmək yarışında olduğu bir həqiqətdir. Buna görə də diqqətli olmalıyıq ki, Çin elmi araşdırma adı altında Ayda heç bir yerə getməsin. Dediyim kimi, Çin yaxın gələcəkdə başqa ölkələrə "Buradan uzaqlaşın, çünki biz buradayıq. Ay bizim hakimiyyətimiz altındadır"- deyə bilər".