Bakı 3˚C Dreary

NASA-dan bəd xəbər: Ayı tədqiq edəcək yeni peyklə əlaqə kəsilib

Biznes 11:44 06 iyl, 2022

Ayı araşdırmaq üçün göndərilən yeni peykdən xəbər yoxdur

NASA-dan bəd xəbər: Ayı tədqiq edəcək yeni peyklə əlaqə kəsilib

NASA Ayı araşdırmaq üçün göndərdiyi yeni peykdən xəbər ala bilmədiyini açıqlayıb.

Qazet.az xəbər verir ki, NASA sözçüsü Sarah Frazier, dünən Yer orbitini müvəffəqiyyətlə tərk edən mikrodalğalı soba böyüklüyündə kosmik gəmi “CAPSTONE” ilə əlaqə problemi olduğunu açıqladı. Ünsiyyətə səbəb olan problemi həll etmək və əlaqəni yenidən qurmaq üçün çalışdıqlarını ifadə edən Frazier, “CAPSTONE”un düzgün orbitə yerləşməsi üçün kifayət qədər yanacağa sahib olduğunu bildirib.

Təxminən 25 kiloqram olduğu bildirilən “CAPSTONE” ilə əlaqənin nə zaman kəsildiyi məlum olmasa da, problemin yerin orbitindən çıxdıqdan sonra meydana gəldiyi təxmin edilir.


Qeyd edilib ki, raket noyabrın 13-də Aya çatmalı və məlumat toplamaq üçün Ayda ən azı 6 ay qalmağı planlaşdırılırdı.