Bakı 4˚C Cloudy

NASA kainatın ən qədim qalaktikasını kəşf etdi

Maraqlı 16:36 22 iyl, 2022

Kainatda hazırda insan gözü ilə görünən ən qədim qalaktikadır

NASA kainatın ən qədim qalaktikasını kəşf etdi

"NASA"nın Ceyms Uebb Teleskopu yeni qalaktika aşkar edib.

Qazet.az xəbər verir ki, “GLASS-z13 (GN-z13)” adlanan qalaktikanın 13,8 milyard il əvvəl meydana gələn Böyük Partlayışdan cəmi 300 milyon il sonra meydana gəldiyi bildirilir.

Bu teleskop işığın kosmosda keçməsi üçün lazım olan vaxtı təhlil edərək zamanda geriyə getmək üçün geniş spektrli infraqırmızı işıqdan istifadə edir. 

Kainatda bu hazırda insan gözü ilə görünən ən qədim qalaktikadır.