Bakı 15˚C Dreary

NTV - NASA-nın Orion kosmik gəmisi vətənə qayıdıb

Maraqlı 06:44 12 dek, 2022
NTV - NASA-nın Orion kosmik gəmisi vətənə qayıdıb

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) tərəfindən Yunanıstanın Ay ilahəsi "Artemis"in adını daşıyan və 2025-ci ildə Aya dönmək üçün kəşfiyyat missiyası çərçivəsində Ay orbitinə göndərilən "Orion" kosmik gəmisi Meksika sahillərində okeana endi.

Qazet.az NTV-yə istinadən xəbər verir ki, NASA-dan verilən açıqlamada Artemis I adlı Orion ekipaj modulunun 25 günlük ekipajsız sınaq uçuşunu Meksika yaxınlığındakı Sakit Okeana eniş edərək vəzifəsini tamamladığı bildirilib.

Qeyd edək ki, bir növ sınaq missiyası olan bu uçuşun bir məqsədi, Orion altındakı xidmət modulu ilə 10 kiçik peykin Ayın orbitinə yerləşdirmək idi, bu peyklərdən 4-ü yerləşdirilə bilmədi, 6-sı isə Ayın orbitinə uğurla yerləşdirildi.