Bakı 5˚C Cloudy

NASA peykinin qalıqları Yerə düşə bilər

Gündəm 00:44 09 yan, 2023
NASA peykinin qalıqları Yerə düşə bilər

ABŞ peyki yanvarın 8-də axşam saatlarında Yerin atmosferinə daxil olub.

Onun fraqmentləri planetin səthinə düşə bilər.

NASA-nın məlumatına görə, peykin böyük hissəsi atmosferdən keçən zaman yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.

“Qalıqların Yer kürəsində nəyəsə zərər vurması riski çox aşağıdır, təxminən 9400-də 1-dir”, - qurumdan bildirilib.

Qeyd edək ki, Yerdəki radiasiya səviyyəsini tədqiq edən ABŞ peyki ERBS, NASA-nın Yer Radiasiya Təcrübəsi missiyasının üç peykindən biridir. O, 1984-cü ildə “Space Shuttle Challenger” kosmik gəmisilə aşağı Yer orbitinə buraxılıb. Aktiv olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.