NASA planı: Kosmik gəmi asteroidlə toqquşacaq
DART orbitə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılacaq.
NASA ilk dəfə kosmik gəmini Yer orbitinə yaxın bir asteroidlə toqquşdurmaq üçün göndərəcək.
Qazet.az xəbər verir ki, məqsəd dünyanı asteroid hücumundan qorumaqdır.
“Double Asteroid Redirection Test” (DART) adlı missiya iki sistemi olan “Didimos”a çırpılmaq və kinetik təsir vasitəsilə onun trayektoriyasını dəyişmək üçün nəzərdə tutulub.
“Dimporfos” adlı kiçik asteroidin diametri təqribən 160 metr, digərinin isə təxminən 780 metrdir.
DART-ın koordinasiya rəhbəri Nensi Çabotun sözlərinə görə, toqquşma asteroidi tamamilə məhv etmək üçün deyil, onun trayektoriyasını bir dərəcə dəyişmək üçündür.
DART orbitə ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılacaq.