Bakı 27˚C Windy

NATO baş komandanı: “Alyans sərt gücdən istifadəyə hazır olmalıdır”

Gündəm 02:44 11 yan, 2023
NATO baş komandanı: “Alyans sərt gücdən istifadəyə hazır olmalıdır”

NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli Rusiyaya qarşı “sərt güc”dən istifadə etməyə çağırıb.

“Alyansın üzvləri bu həqiqəti dərk etməlidirlər: Sərt güc reallıqdır”, - deyə o bildirib.

ABŞ generalı qeyd edib ki, Ukraynadakı münaqişənin miqyası Şimali Atlantika Alyansının bütün son təsəvvürləri ilə müqayisə oluna bilməz.

“Biz bununla mübarizə aparmalıyıq”, - deyə Kavoli bəyan edib.

O vurğulayıb ki, NATO-nun Rusiyaya qarşı müdafiədə prioriteti yumşaq güc diplomatiyası deyil, tanklar, artilleriya və bütün növ atəş gücünü idarə etmək bacarığı olmalıdır.