NATO dövlətləri Ukraynada hərbi təlimlərə başladı
Gündəm
18:51 20 sen, 2021
Ukraynada hərbi təlimlər başladı
![NATO dövlətləri Ukraynada hərbi təlimlərə başladı](https://qazet.az/resized/fit900x500/center/pages/26155/c2ed9d68-5bb7-4790-92a5-7f818c48721f.jpeg)
Sentyabrın 20-də Ukraynanın Lvov vilayətinin Yavorovo rayonunda NATO-ya üzv ölkələrin iştirakı ilə “Rapid Trident” adlı birgə hərbi təlim başlayıb.
Qazet.az Report-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təlimlər oktyabrın 1-də başa çatacaq.
Məlumata görə, hərbi tədbirdə ABŞ və Ukrayna ilə yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Litva, Moldova, Polşa, Kanada, Rumıniya, Bolqarıstan, Pakistan, Gürcüstan, İtaliya və İordaniya dövlətlərinin hərbçiləri iştirak edirlər.
Təlimə 15 ölkədən 6 minə yaxın əsgər qatılıb.