Bakı 19˚C Mostly sunny

NATO hərbi komitəsinin iclasının keçiriləcəyi tarix açıqlanıb

Gündəm 19:00 17 dek, 2021

 Bu barədə Alyansın dekabrın 17-də yaydığı açıqlamada bildirilib

NATO hərbi komitəsinin iclasının keçiriləcəyi tarix açıqlanıb

Yanvarın 12-13-də Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin iştirakı ilə hərbi komitənin toplantısı keçiriləcək.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Alyansın dekabrın 17-də yaydığı açıqlamada bildirilib.

“Hərbi komitə 2022-ci il yanvarın 12-13-də Brüsseldə hərbi komitənin başçısı Rob Bauerin sədrliyi ilə iclas keçirəcək”, - açıqlamada qeyd olunub.