Bakı 6˚C Sunny

NATO ilə perspektivlər müzakirə olundu

Siyasət 13:35 15 dek, 2022
NATO ilə perspektivlər müzakirə olundu

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadənin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşündə NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri öz "tviter" hesabında yazıb.

Bildirilib ki, tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.