Bakı 31˚C Sunny

NATO-nun Baş katibi: “Bu, Rusiyaya baha başa gələcək”

Gündəm 18:29 24 fev, 2022

 Ukrayna xalqının cəsarəti təqdir ediləsidir

NATO-nun Baş katibi: “Bu, Rusiyaya baha başa gələcək”

“Bu, Rusiyaya baha başa gələcək”.

Qazet.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yents Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

“NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”, - deyə o bildirib.