Bakı 33˚C Sunny

NATO-nun baş katibi BVF-nin yeni rəhbəri ola bilər

Gündəm 01:29 22 dek, 2022
NATO-nun baş katibi BVF-nin yeni rəhbəri ola bilər

NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər.

Qazet.az
xəbər verir ki, TASS -ın məlumatına görə, bu barədə çərşənbə günü Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.

Stoltenberqin yeni vəzifəyə təyinatı onun Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra baş tuta bilər. Onun 2023-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsini tərk edəcəyi gözlənilir.

Telekanalın sözlərinə görə, ABŞ norveçlinin namizədliyini fəal şəkildə dəstəkləyir, o, onların sevimlisidir. “ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun rəhbəri görmək istəyir”, - TV2 mənbədən sitat gətirir.