Bakı 18˚C Hazy sunshine

NATO qüvvələri Gürcüstanda hücum hazırlığı həyata keçirib

Gündəm 22:07 23 okt, 2022
NATO qüvvələri Gürcüstanda hücum hazırlığı həyata keçirib

NATO-nun çevik cavab qüvvələrinə daxil olan Gürcüstan silahlı qüvvələrinin 4-cü mexanikləşdirilmiş briqadasının yüngül piyada batalyonunun “Alfa” dəstəsi hücum əməliyyatına hazırlıq məşqlərini həyata keçirib.

Qazet.az xəbər verir ki, bu barədə oktyabrın 23-də Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hücum əməliyyatına hazırlaşdıqdan sonra “Alfa” dəstəsi reydlər və tibbi evakuasiya tapşırıqlarını yerinə yetirib. Onlara hərbi polis bölməsi dəstək verib”, - deyə məlumatda bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, müşahidəçilər hərbçilər və onların komandirlərinin hərəkətlərini müsbət qiymətləndiriblər. Təlimlərə ABŞ-dan gətirilən pikaplar əsasında Gürcüstanda hazırlanmış “Didqori” zirehli texnikası da cəlb olunub.

Xatırladaq ki, “Alfa” NATO tərəfindən 2016-cı ilin mayında sertifikatlaşdırılıb. Alyans ondan öz vəzifələrini yerinə yetirmək üçün istifadə edə bilər.

Qaynaq