NATO Rusiyanın hücumuna hazırlaşır - KİV
Siyasət
14:28 21 okt, 2021
NATO müdafiə nazirlərinin görüşü 21-22 oktyabrda keçiriləcək

NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə Rusiya tərəfindən potensial aqressiyanın qarşısının alınması barədə yeni planı razılaşdıracaqlar.
Qazet.az xəbər verir ki, bu məlumatı “Reuters” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, mümkün strategiyanın detalları hələlik bəlli deyil. Yeni strategiya Baltik və Qara dəniz regionlarında eyni anda nüvə silahı, kiberhücum və kosmik sistemlərin tətbiqi ilə hücuma qarşı hazırlığı nəzərdə tutub.
Qeyd edək ki, NATO müdafiə nazirlərinin görüşü 21-22 oktyabrda keçiriləcək.