NATO şərq cinahda hərbi mövcudluğunu daha da artıra bilər
Gündəm
15:02 26 yan, 2022
Bunu NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib

“NATO şərq cinahda hərbi mövcudluğunu daha da gücləndirmək imkanını nəzərdən keçirir”.
Qazet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddə toplanması davam edir:
“Biz Rusiyadan deeskalasiya görmürük. Əksinə, biz bunun əksini görürük, indi sərhəddə daha çox qüvvə var”.