NATO Ukrayna üçün toplanır
Gündəm
17:45 10 okt, 2022
NATO-ya üzv dövlətlərin Müdafiə nazirliklərinin nümayəndələri bu həftə Belçikanın paytaxtı Brüsseldə toplaşacaq.
Qazet.az xəbər verir ki, məlumatı “The Washington Post” yayıb.
Bildirilib ki, müdafiə nazirliklərinnin nümayəndələri Rusiyanın Ukraynaya ard-arda raket zərbələri fonunda “Ramştayn” formatında çərçivəsində təcili toplanır.
Toplantının dəqiq tarxi məlum deyil. Ukrayna üzrə təmas qrupuna ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi başçılıq edəcək.
Məlumata görə, yaxın günlərdə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.
Qeyd edək ki, NATO-ya üzv dövlətlər də daxil olmaqla 40-dan artıq ölkə Ukraynaya yardım məqsədi ilə Almaniyanın Ramştayn şəhərindəki ABŞ-ın hərbi bazasında toplantı keçirib.