Bakı 3˚C Showers

Navalnıya qarşı yeni ittiham irəli sürüldü

Siyasət 20:24 28 sen, 2021

Navalnı bu dəfə ekstremist təşkilat yaratmaq ittihamı ilə üzləşib

Navalnıya qarşı yeni ittiham irəli sürüldü

Rusiyada müxalif Aleksey Navalnıya qarşı ekstremist təşkilat yaratmaq və təşkilata rəhbərlik etmək ittihamı irəli sürülüb.

Qazet.az Virtualaz.org-a istinadən xəbər verir ki, cinayət işi Navalnı ilə yanaşı, Leonid Volkov, İvan Jdanova və daha bir neçə nəfərin barəsində başladılıb.

“Ekstremist cəmiyyətin qanunsuz fəaliyyəti dövlət orqanlarını və onların siyasətini gözdən salmaq, bölgələrdə vəziyyəti qeyri-sabitləşdirmək, əhali arasında etiraz əhval-ruhiyyəsi yaratmaq və hakimiyyətin zorla dəyişdirilməsinin zəruriliyi barədə ictimai rəy formalaşdırmaq, etiraz aksiyası təşkil etmək və keçirməyə istiqamətlənib”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd edilib.