Bakı 10˚C Sunny

Naxçıvana uçuşlar DAYANDIRILIB? - Rəsmi AÇIQLAMA

Gündəm 21:13 21 noy, 2021

AZAL QSC-nin rəsmi nümayəndəsi Paşa Kəsəmənski Qazet.az-ın sorğusuna cavab olaraq, bilet satışının texniki səbəblərə görə müvəqqəti dayandırıldığını bildirib

<span style="color:red"></span>Naxçıvana uçuşlar <span style="color:red">DAYANDIRILIB?</span> - <span style="color:red">Rəsmi AÇIQLAMA</span>

Dekabr ayının 1-dən etibarən Naxçıvana reyslərin dayandırılması ilə bağlı Qazet.az redaksiyasına məlumat daxil olub.

Məsələ ilə bağlı AZAL-ın qaynar xətti ilə əlaqə saxladıq. Qaynar xəttin operatoru 1-dekabrdan hər iki tərəfə bilet satışının olmayacağını bildirib.

AZAL QSC-nin rəsmi nümayəndəsi Paşa Kəsəmənski Qazet.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Bilet satışı texniki səbəblərə görə müvəqqəti dayandırılıb və texniki nasazılıq aradan qaldırıldıqdan sonra satış bərpa olunub”.