Bakı 16˚C Sunny

Naxçıvanda İLK

Multimedia 12:15 29 dek, 2022
Naxçıvanda İLK

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

XRİTDX-nin mətbuat xidmətindən Qazet.az-a bildiriblər ki, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.