Bakı 8˚C Dreary

Naxçıvanda orta aylıq əməkhaqqında 3,1 faiz artım qeydə alınıb

Cəmiyyət 11:25 29 sen, 2021

Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat verir

Naxçıvanda orta aylıq əməkhaqqında 3,1 faiz artım qeydə alınıb

1 sentyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 96 534-ə çatıb ki, bunun da 83316-sı və ya 86,3 faizi aktiv hesablardır.

Bu barədə Qazet.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə isDövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-avqust aylarında açılmış 29 250 bank hesabının 29 212-si aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2021-ci il tarixə 1 481-ə çatdırılıb.

2021-ci ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 544,1 manata çatdırılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.