Bakı 10˚C Windy

Naxçıvanda "Report" İnformasiya Agentliyinin bürosu açılıb

Gündəm 18:56 11 yan, 2023
Naxçıvanda "Report" İnformasiya Agentliyinin bürosu açılıb

Naxçıvan Muxtar Respublikasında "Report" İnformasiya Agentliyinin bürosu açılıb.

Məqsəd muxtar respublikada siyasi, iqtisadi, sosial, mədəniyyət, idman, eləcə də digər sahələrdə baş verən ən vacib hadisələri operativ və dəqiq şəkildə oxuculara çatdırmaqdır.

Bununla da 2014-cü ildən fəaliyyətə başlayan Report İnformasiya Agentliyinin bölgələrdəki bürolarının sayı 9-a çatıb.

Qazet.az xəbər verir ki, hazırda media qurumunun Qərb, Şimal-qərb, Cənub, Yuxarı Şirvan, Şimal, Muğan, Aran və Qarabağ büroları mövcuddur.

“Report”un 6 xarici ölkədə büroları da fəaliyyət göstərir. Bunlar Türkiyə, ABŞ, Rusiya, Şərqi Avropa, Fransa və Türkmənistandakı bürolardır.