Bakı 11˚C Mostly cloudy

Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatları “GOV.AZ” zonasına köçürüləcək

Cəmiyyət 15:47 10 dek, 2022
Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatları “GOV.AZ” zonasına köçürüləcək

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra “GOV.AZ” domenləri ilə təmin ediləcək.

Qazet.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, onlar “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.

Xidmətin əməkdaşları dekabrın 6-8-də muxtar respublikada dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan “ASAN xidmət” mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı Naxçıvanda səfərdə olublar. Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib.