Bakı 18˚C Windy

Nazir: “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması iqtisadi əməkdaşlığı möhkəmləndirəcək”

Biznes 13:42 24 dek, 2022
Nazir: “Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması iqtisadi əməkdaşlığı möhkəmləndirəcək”

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşım edib.

“Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanlar və investisiyaların təşviqi barədə müzakirələr apardıq. Azərbaycan və Özbəkistanın dövlət başçıları arasında razılaşmanın nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək”, - deyə nazir qeyd edib.