Bakı 2˚C Mostly cloudy

Nazir: "Bu il 470 min ev internetlə təmin olunub"

Gündəm 14:09 29 noy, 2022
Nazir:  "Bu il 470 min ev internetlə təmin olunub"

2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq.

Qazet.az xəbər verir ki, bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq.

"2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.