Bakı 6˚C Dreary

Nazir əvəzi: “Dördüncü dozanın tətbiqi ilə bağlı qərar verilməyib”

Cəmiyyət 16:29 16 noy, 2021

Bunu nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib

Nazir əvəzi: “Dördüncü dozanın tətbiqi ilə bağlı qərar verilməyib”

Dördüncü dozanın tətbiqi ilə bağlı heç bir qərar verilməyib. Hələlik “Buster” doza tətbiq olunur”.

Qazet.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

“Necə olacağını heç kim bilmir. Hazırda tədqiqatlar aparılır. Bilirsiniz ki, virus daim mutasiya edir. Ona görə də hər hansı bir proqnoz vermək çox çətindir”, - deyə o bildirib.