Bakı 21˚C Mostly sunny

Nazir kadr islahatlarının davamlı olacağını bildirdi

Siyasət 18:28 09 dek, 2021

Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

Nazir kadr islahatlarının davamlı olacağını bildirdi

Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq.

Qazet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, kadr dəyişiklikləri islahatların bir növ davamıdır:

"Gənclər və idman sahəsində işlərə başlanılıb. Layihələr hazırlanır. Lakin bu işlər birdən-birə həyata keçirilmir. Hal-hazırda araşdırmalar gedir, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı istiqamətdə işlərin getməsini müəyyəndirəcəyik və qərarları qəbul edəcəyik.

Gənclər evlərimiz var. Onlar nə ilə məşğuldur, hansı işləri görməlidirlər? Olimpiya idman kompleksləri, idman klublarımızın fəaliyyəti, strukturu necə olmalıdır? Uşaq idmanından tutmuş milli komandaya qədər idmançılarımızın necə olması, hansı dəstəyin göstərilməsi üzərində iş gedir”.