Bakı 15˚C Sunny

Nazir lotoreyalarla bağlı qərar imzaladı

Biznes 12:50 22 dek, 2022
Nazir lotoreyalarla bağlı qərar imzaladı

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Lotereyaların təşkili və keçirilməsi Qaydası”, “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası” və “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”nı təsdiq edib.

Qazet.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Nazirliyin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.