Nazir müavini: "Ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır"
Gündəm
16:57 02 noy, 2021
O bunu, İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib

"Ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır".
Qazet.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ölkədə çevik təhsil proqramları tətbiq olunmalıdır: "Hesab edirəm ki, çevik yanaşma mühüm şərtdir".