Nazir müavini: “Artıq 1600 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib”
Gündəm
13:36 28 sen, 2021
Anar Kərimov müharibə şəhid və qazi ailələrinə edilən yardımlardan danışıb

“Artıq 1600 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib”.
Qazet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, postmüharibə dövründə 142 hərbçi son nəsil protezlərlə təmin edilib.