Bakı 11˚C Mostly cloudy

Nazir müavini: “Azərbaycan Ukraynadakı humanitar vəziyyətdən narahatdır”

Siyasət 14:17 02 mar, 2022

Bakı həmçinin Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını bu ölkədən çıxarmaq üçün tədbirlər görür

Nazir müavini: “Azərbaycan Ukraynadakı humanitar vəziyyətdən narahatdır”

"Azərbaycan Ukraynadakı humanitar vəziyyətdən narahatdır. Bununla əlaqədar olaraq, Azərbaycan bu ölkəyə 11 milyon manatlıq 24 ton humanitar yardım göndərib".

Qazet.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı həmçinin Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını bu ölkədən çıxarmaq üçün tədbirlər görür.