Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabrında nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb.
Nazirlikdən Qazet.az-a verilən məlumata görə, idmançıları salamlayan F. Qayıbov onların yarışlarda ölkəni layiqincə təmsil etdiklərini bildirib.
Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir yeni ildə böyük qələbələr arzulayıb. Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqlər təqdim edilib.
Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.