Nazir polkovnik-leytenanta yeni vəzifə verdi
Gündəm
13:35 05 noy, 2021
Polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Qazet.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov icra edib.