Bakı 9˚C Mostly cloudy

Nazir qazın qiymətinin artmasına münasibət bildirdi

Gündəm 19:35 23 noy, 2021

Qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur

Nazir qazın qiymətinin artmasına münasibət bildirdi

Maliyyə naziri Samir Şərifov Azərbaycanda təbii qazın qiymətinin artmasının səbəbini açıqlayıb.

Qazet.az xəbər verir ki, Samir Şərifov Milli Məclisin iclasında deyib ki, dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir.

“Bu, ölkəmizə də öz təsirini göstərir. Qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 1-dən ölkədə təbii qazın qiyməti artıb. İllik 1 200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi həmin qiymət 10 qəpik idi.

Tarif Şurasının açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1 200 kubmetrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.

Yəni, əhali illik 1 200 kubmetrlik normanı keçərsə, 1 200-dən 2 500 kubmetrə qədər hər kubmetr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.