Nazir vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı, Yardımlı və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Qazet.az nazirliyinə istinadən xəbər verir ki, idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50 nəfərin müraciətinə baxılıb.
Vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub. İ.Kərimov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.