Bakı 5˚C Showers

Nazir vətəndaşları qəbul edib

Siyasət 15:49 16 dek, 2022
Nazir vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ və İsmayıllı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən Qazet.az-a verilən xəbərə görə, qəbuldan əvvəl S.Babayev və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edən vətəndaşlardan bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olub.

Vətəndaşlar sosial təminat növləri, o cümlədən pensiya və ünvanlı sosial yardım, müavinət, eləcə də əlillik, reabilitasiya xidmətlərinə və aktiv məşğulluq proqramlarına cəlb edilmə, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin hər biri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb.

Bir sıra sakinlər müraciətləri nəzərə alınaraq reabilitasiya və sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı) cəlb olunmaları üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlər edən vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.