Bakı 2˚C Partly sunny

Nazir vətəndaşlarla görüşəcək

Cəmiyyət 13:14 30 noy, 2022
Nazir vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Mədəniyyət Nazirlikdən Qazet.az-a bildirilib ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.