Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə yüksək vəzifə verdi - FOTO
Gündəm
12:22 15 dek, 2021
"Yüksəliş” müsabiqəsinin qalibi olan 1991-ci il təvəllüdlü Samir Kərimov "189 TAXI” şirkətinin icraçı direktoru oldu
Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin tabeliyində olan "Bakı Taksi Xidməti" MMC-də struktur dəyişikliklər aparılıb.
Qazet.az-ın əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Samir Kərimov MMC-yə baş direktor əvəzi təyin olunub. MMC "189 TAXI” şirkəti ilə birgə işini quracaq.
14.07.2021-ci il tarixində "Yüksəliş” müsabiqəsinin qalibi olan 1991-ci il təvəllüdlü Samir Kərimov "189 TAXI” şirkətinin icraçı direktorudur.
Qeyd edək ki, "Bakı Taksi Xidməti" MMC-nin bundan əvvəl baş direktoru Fuad Əliyev idi.