Nazirdən qanunsuz tikililərlə bağlı AÇIQLAMA
Cəmiyyət
14:21 16 dek, 2021
Onları müəyyən etmək, yeni sənədlər təqdim etmək müəyyən vaxt aparır

Fövqəladə Hallar Nazirliyi (FHN) tikintidəki qanunsuzluqlara da nəzarət edir.
Qazet.az xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazirin sözlərinə görə, qanunsuz tikililərə rast gəlinir, bunun isə obyektiv və subyektiv səbəbləri var. Kəmaləddin Heydərov neçə illərdir bu cür tikililərin olduğunu xatırladıb və əlavə edib ki, onları müəyyən etmək, yeni sənədlər təqdim etmək müəyyən vaxt aparır.