Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
Cəmiyyət
12:35 10 noy, 2022
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sabah Göygöl şəhərində Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtını dəyişib.
Bu barədə Qazet.az-a Nazirlikdən məlumat verilib.
Məlumata görə, qəbul noyabrın 22-də, saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hummel küçəsi, 2) keçiriləcək.