Nazirlik 1 milyonluq robot aldı
Gündəm
15:31 21 noy, 2022
Elm və Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi steam avadanlıqlarının satınalınması üzrə tenderə yekun vurub.
Qazet.az vahid dövlət electron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Edumedia-Azərbaycan” MMC seçilib.
9 ədəd insanabənzər robot, 302 ədəd müxtəlif 3D printerləri, 4805 ədəd müxtəlif elektrik mühəndisliyi təcrübələrini aparmaq üçün dəst, 140 ədəd lazer kəsim,3D print və lazer oyma dəzgahının alınması ilə bağlı qalib şirkətə 1 milyon 822 min 43.9 manat ödənilib.