Bakı 2˚C Partly sunny

Nazirlik yarmarkada iştirak edir

Cəmiyyət 13:22 02 dek, 2022
Nazirlik yarmarkada iştirak edir

“Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur.

Nazirlikdən Qazet.az-a verilən məlumata görə, dekabrın 1-də keçirilən açılış mərasimindən sonra mini-qolf, corn hole, qol güləşi, stolüstü futbol və 3 daş oyunu ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Bildirilib ki, daxili tərtibatda yer alan fəaliyyətlər mütəmadi olaraq dəyişiləcək və ziyarətçilərin marağını cəlb etmək üçün əlavə yeniliklər olacaq. Növbəti günlərdə müxtəlif idman növləri üzrə təbliğat xarakterli nümayişlər, eləcə də robot şouları həyata keçiriləcək.

Qeyd edək ki, yarmarka yanvarın 15-dək davam edəcək.