Bakı 8˚C Cloudy

Nazirliyin kibertəhlükəsizlik xidmətindən faydalandılar

Multimedia 11:05 22 sen, 2022
Nazirliyin kibertəhlükəsizlik xidmətindən faydalandılar

"Azərbaycan Kredit Bürosu" MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin informasiya təhlükəsizliyi xidmətlərindən faydalanıb.

Qazet.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Büronun “findoc.az” platformasına xidmət çərçivəsində OSINT – açıq mənbə kəşfiyyatı və zəifliklərin yoxlanılması da daxil olmaqla, real kiberhücum ssenariləri ilə təhlükəsizlik simulyasiyası (penetration testing) təşkil olunub. “AzInTelecom” MMC-nin mütəxəssisləri müxtəlif təhlükəsizlik testləri həyata keçiriblər.

Kibertəhlükəsizlik xidməti çərçivəsində hazırlanmış hesabat Büroya təqdim edilib.

“AzInTelecom”un təklif etdiyi İnformasiya təhlükəsizliyi xidmətləri çərçivəsində dövlət qurumları və özəl müəssisələrə razılaşdırılmış qaydada kiberhücum həyata keçirilir, hədəf olan infrastruktur və sistemdən boşluqların istismar edilməsi imkanı yoxlanılır. Aşkar edilmiş boşluqlar, onlara qarşı kiberhücumun növü və uğurlu olma ehtimalı, potensial risklər barədə müştəri məlumatlandırılır və tövsiyələr verilir.