Nazirliyin kollegiya iclası keçirildi
Siyasət
09:55 27 dek, 2022
Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2022-ci ilin yekununa və 2023-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Bu barədə Qazet.az-a ETSN-dən məlumat verilib.
Bildirilib ki, iclasda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində hidrometeoroloji şəbəkənin bərpası, erkən xəbərdarlıq sistemi ilə bağlı görülən işlər, meşəbərpa və yeni yaşıllıqların salınması məqsədilə nəzərdə tutulmuş tədbirlər müzakirə olunub, eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı görüləcək işlər və ilin yekununa dair hesabatlar dinlənilib.