Bakı 16˚C Rain

Neft bahalaşıb

Biznes 11:44 05 may, 2022

Neftin 1 barelinin qiyməti 0,48% artaraq 108,33 dollar təşkil edib

Neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb.

Qazet.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 0,64% artaraq 1 barelə görə 110,85 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,48% artaraq 108,33 dollar təşkil edib.